Sudan hava məkanının bağlanması qərarı yenə uzadıldı
Xatırladaq ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmadan sonra çıxan vətəndaş müharibəsi səbəbindən aprelin ortalarında Sudan hava məkanı müntəzəm hava nəqliyyatı üçün bağlanılıb
2018310
2023-cü ilin aprel ayından bəri vətəndaş müharibəsinin davam etdiyi Sudanda hava məkanının bağlanması qərarı daha 2 həftə uzadıldı.
Sudan Mülki Aviasiya İdarəsi humanitar yardım və evakuasiya uçuşları istisna olmaqla, hava məkanının bağlanması qərarının avqustun 15-dək uzadıldığını açıqladı.
Xatırladaq ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmadan sonra çıxan vətəndaş müharibəsi səbəbindən aprelin ortalarında Sudan hava məkanı müntəzəm hava nəqliyyatı üçün bağlanılıb.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.