İsveç rəsmiləri də İslamı təhqirə keçdilər və …

Ölkənin əsas müxalifət partiyası olan Sosial Demokrat Partiyasının sədri Maqdalena Anderson (Magdalena Andersson) ona belə reaksiya bildirib...

2017248
İsveç rəsmiləri də İslamı təhqirə keçdilər və …

 

  İsveç Parlamenti Ədliyyə Komitəsinin sədri Riçard Yomshofun (Richard Jomshof) Hz. Məhəmmədlə bağlı təhqiredici paylaşımlarına ölkənin əsas müxalifətindən reaksiya gəldi.

  Yomshof sosial media hesabında Quranın yandırılması ilə bağlı təxribatların qarşısını almaq üçün İsveçdə yaşayan müsəlmanların dialoq çağırışlarına Məhəmmədi təhqir edən açıqlamalarla cavab vermişdi.

  Ölkənin əsas müxalifət partiyası olan Sosial Demokrat Partiyasının sədri Maqdalena Anderson (Magdalena Andersson) ona belə reaksiya bildirib: “O dəfələrlə Quranı yandırmağa təhrik edib və birbaşa İslam dünyası ilə müxtəlif müvahisələrə girib. İsveçin təhlükəsizliyi üçün Riçard Yomshof Ədalət Komitəsinin sədri vəzifəsindən dərhal istefa verməlidir".

  Sosial Demokrat Partiyasının xarici siyasət üzrə sözçüsü Morqan Yohanson (Morgan Johansson) da “Aftonbladet” qəzetinə verdiyi açıqlamada Yomshofun vəzifəsində qala bilməyəcəyini və istefa verməli olduğunu söyləyib.

  İsveçin ədliyyə naziri Qunnar Strömmer isə Riçard Yomshofun yazısını şərh etməyəcəyini və heç kim üçün məsuliyyət daşımayacağını bildirib.

  R.Yomshof sosial media hesabında iyulun 27-dəki paylaşımında İsveç Fərqli Rənglər Partiyasının (Nüans) sədri, türk əsilli siyasətçi Mikayıl Yükseli ölkəni tərk etməyə çağırıb. M.Yüksel sosial media hesabından Quranın yandırılması qadağan olunana qədər müsəlman ölkələrindən İsveç mallarına boykot, dini təhqir etdiyinə görə Yomshof haqqında cinayət işi açılmasını tələb edib.

  Digər tərəfdən, İsveç dövlət televiziyası SVT 50 yaşlarında bir qadının 28 iyulda İsrailin Stokholmdakı səfirliyi qarşısında “Tövrat”ı yandırmaq üçün polisdən icazə aldığını bildirib.

 



Әlaqәli Xәbәrlәr