“Bizi günahlandırırlar, halbuki…” V.Putin

Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammitində çıxışı zamanı V.Putin deyib...

2016964
“Bizi günahlandırırlar, halbuki…” V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin ölkənin bəzi Afrika ölkələrinə pulsuz taxıl göndərəcəyini açıqlayıb.

  Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammitində çıxışı zamanı V.Putin deyib: “Rusiyanın dünyaya taxıl və gübrə ixracatı Qərb ölkələri tərəfindən çətinləşdirilib. Həm də qlobal ərzaq bazarındakı böhrana görə riyakarlıqla bizi günahlandırırlar. Bu, taxıl müqaviləsinin icrasında özünü büruzə verdi. Razılaşma çərçivəsində bir il ərzində Ukraynadan 32,8 milyon ton taxıl ixrac edildi. Amma bunun 70 faizindən çoxu yüksək və ya orta gəlirli ölkələrə, o cümlədən Avropa İttifaqına getdi. Efiopiya, Sudan, Somali və digər ölkələrin payı 3 faizdən aşağı oldu. Taxıl müqaviləsi üçün Rusiyaya verilən vədlər tutulmadı. Rusiyaya qarşı dünya bazarlarına taxıl və gübrə ixracına dair sanksiyalar ləğv edilmədi. Sazişin şərtlərinin heç biri yerinə yetirilmədi. Sözügedən faktları nəzərə alaraq biz də müqaviləni daha da uzatmaqdan vaz keçdik.

  Rusiya yaxın 3-4 ay ərzində Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya pulsuz olaraq 25-50 min ton taxıl göndərəcək. Biz Afrikada ehtiyacı olan dövlətlərə və bölgələrə humanitar yardımla dəstəyini davam etdirəcək. Biz daha ədalətli resurs bölgüsü sisteminin formalaşmasında fəal iştirak etməyə çalışırıq. Qlobal ərzaq böhranının qarşısını almaq üçün əlimizdən gələni edirik".



Әlaqәli Xәbәrlәr