Somalidә hәrbi bazaya hücum edilib, ölәn vә yaralananlar var

Somalinin paytaxtı Moqadişoda hərbi təlim bazasına edilən hücum nəticəsində 25 əsgər həlak olub.

2015451
Somalidә hәrbi bazaya hücum edilib, ölәn vә yaralananlar var

Somalinin paytaxtı Moqadişoda hərbi təlim bazasına edilən hücum nəticəsində 25 əsgər həlak olub.

Moqadişonun Hodan rayonundakı Jaalle Siyad Hərbi Akademiyasına səhər saatlarında hücum edilib.

Hücumda 25 əsgər həyatını itirib, daha  60-a yaxın əsgər yaralanıb.

Yaralı əsgərlər Moqadişu Hərbi Tibb Mərkəzi və Rəcəb Tayyib Ərdoğan Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Partlayışla bağlı araşdırma aparılır.

Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.


Etiketlәr: #hücum , #Somali

Әlaqәli Xәbәrlәr