Rusiya Milli Anti-terror Komitəsi Krım körpüsünə edilən hücumla bağlı bəyanat yaydı

Rusiya Milli Anti-terror Komitəsi Krım körpüsündə Ukrayna qüvvələri tərəfindən pilotsuz dəniz aparatları ilə "terror hücumu" həyata keçirildiyini açıqlayıb.

2012413
Rusiya Milli Anti-terror Komitəsi Krım körpüsünə edilən hücumla bağlı bəyanat yaydı

Rusiya Milli Anti-terror Komitəsi Krım körpüsündə Ukrayna qüvvələri tərəfindən pilotsuz dəniz aparatları ilə "terror hücumu" həyata keçirildiyini açıqlayıb.

Komitədən verilən yazılı açıqlamada Krım körpüsünə hücumun yerli vaxtla saat 03.05-də edildiyi bildirilib.

Açıqlamada hücumun Ukraynanın xüsusi xidmət qüvvələri tərəfindən həyata keçirildiyi vurğulanıb.

Açıqlamada həmçinin  hücumun "terror hücumu" olaraq qiymətləndirildiyi və hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd olunub.

Hücum nəticəsində 2 nəfərin həyatını itirdiyi, bir uşağın yaralandığı və körpüdəki magistral yolun yararsız hala düşdüyü bildirilib. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi internet səhifəsində etdiyi paylaşımda Krım körpüsünə hücumun Ukrayna tərəfindən həyata keçirildiyini açıqlayıb.

Mariya Zaharova paylaşımında bu ifadələrə yer verib:  “Kiyev rejimi terrorçudur və beynəlxalq mütəşəkkil cinayət təşkilatının bütün xüsusiyyətlərinə malikdir. Qərarlar Amerika və Britaniya kəşfiyyatları və siyasətçilərinin iştirakı ilə Ukrayna hakimiyyəti və hərbçiləri tərəfindən qəbul edilir. Terrorçu dövlət strukturunun başında ABŞ və İngiltərə dayanır”. 

Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın qubernatoru Sergey Aksenov bildirib ki, Krım körpüsündə fövqəladə vəziyyət yaranıb və bu səbəbdən körpü avtomobillərin hərəkəti üçün bağlanıb.

RBK-Ukrayna xəbər saytı da Krım körpüsünə hücum edildiyini, hadisənin SBU və Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən planlaşdırıldığını və suüstü pilotsuz uçuş aparatlarının köməyi ilə həyata keçirildiyini bildirib.



Әlaqәli Xәbәrlәr