Pakistan koalisiya hökumətini müvəqqəti hökumətə təhvil verməyə hazırlaşır

Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki...

2011373
Pakistan koalisiya hökumətini müvəqqəti hökumətə təhvil verməyə hazırlaşır

 

  Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, koalisiya hökuməti mandatını başa vurduqdan sonra ölkəni idarə etmək məsuliyyəti avqust ayında müvəqqəti hökumətə təhvil veriləcək.

  “Geo News” televiziyası xəbərinə görə, Ş.Şərif koalisiya hökumətinin mandatının avqust ayında başa çatacağını söyləyib: “Pakistan parlamenti 2023-cü ilin avqustunda buraxılacaq və ölkəni idarə etmək məsuliyyəti müvəqqəti hökumətə keçəcək. İyulun 18-də paytaxt İslamabadda olacaq  tədbirdə koalisiya hökuməti mandatının avqustun 14-də başa çatacağını bəyan edəcək. Parlament seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq. Seçkilərin ya oktyabr, ya da noyabr aylarında olacaq”.

  Qeyd edək ki, Pakistanda parlament seçkiləri Milli Məclisin səlahiyyət müddəti bitdikdən sonra 60 gün ərzində keçirilir. Amma hökumət parlamenti bu müddət bitmədən buraxarsa, parlamentin buraxılmasından sonra seçkilər 90 gün ərzində olur.

  Koalisiya hökuməti daha əvvəl parlament və bələdiyyə seçkilərinin 8 oktyabr 2023-cü ildə birlikdə keçiriləcəyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr