Əliyev, Paşinyan və Mişel iyulda yenidən görüşəcəklər

N.Paşinyan iyulun 15-də Brüsseldə İ.Əliyev və Ş.Mişellə üçtərəfli görüş keçirəcəklərini bildirib, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi üzrə danışıqlarda irəliləyişin olacağına ümid etdiyini deyib

2010865
Əliyev, Paşinyan və Mişel iyulda yenidən görüşəcəklər

 

  Ermənistanın baş naziri Nikol Paşinyan Belçikanın paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə görüşəcəyini söyləyib.

  Ermənistan nazirlər kabinetinin iclasında açıqlama verən N.Paşinyan iyulun 15-də Brüsseldə İ.Əliyev və Ş.Mişellə üçtərəfli görüş keçirəcəklərini bildirib, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi üzrə danışıqlarda irəliləyişin olacağına ümid etdiyini deyib.

  Xatırladaq ki, Əliyev, Paşinyan və Mişel 2023-cü il mayın 14-də Brüsseldə üçtərəfli görüşdə iyunun 1-də isə Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə görüşüblər.

  Sülh razılaşması, nəqliyyat, təhlükəsizlik və sərhədlərin demarkasiyası işləri kimi bütün mövzuları dəyərləndirdiklərini bildirən Şarl Mişel də Azərbaycan və Ermənistan dövlət başçıları ilə iyul ayında Brüsseldə görüşəcəklərini söyləmişdi.



Әlaqәli Xәbәrlәr