Havanın tempraturunun daha da yüksələcəyi gözlənilir

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) qlobal dəniz səthinin temperaturunun may, iyun və iyul aylarında rekord səviyyəyə çatdığını və daha da artacağını bildirib.

2009727
Havanın tempraturunun daha da yüksələcəyi gözlənilir

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) qlobal dəniz səthinin temperaturunun may, iyun və iyul aylarında rekord səviyyəyə çatdığını və daha da artacağını bildirib.

WMO-nun verdiyi açıqlamada Atlantik okeanının şimalında dəniz səthinin temperaturunda "görünməmiş artım" müşahidə edildiyi bildirilib.

May, iyun və iyul aylarında dəniz səthinin istiliyinin rekord həddə çatdığı, son aylarda yaşanan temperatur qeydlərinin isə El Nino kimi tanınan hava şəraitinin təsiri ilə artacağı bildirilib.

WMO İqlim Monitorinqi başçısı Omar Baddour Atlantik okeanının şimalında gündəlik temperaturun iyun ayında normala nisbətən əhəmiyyətli dərəcədə artdığını qeyd edərək, Antarktidada dəniz buzunun səviyyəsinin keçən ay ən aşağı səviyyəyə çatdığını bildirib.

El Nino şərtlərinə görə 2023-cü ildən sonra ən isti ilin olacağını təxmin etdiyini ifadə edən Baddour gözləntilərə uyğun olaraq 2024-cü ildə temperaturda rekord qırmağın mümkün olduğunu ifadə edib.

Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatının verdiyi açıqlamada iyulun 4-də El Nino şərtlərinin başladığı açıqlanıb.

El Ninonun qlobal temperatur artımını sürətləndirəcəyi bildirilən açıqlamada dünyanın müxtəlif yerlərində hava şəraitinin təsirlənəcəyi, erkən xəbərdarlıq sistemlərinin həyat təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb etdiyi bildirilib.

Eyni həftədə dünyada orta temperatur 3 dəfə dalbadal rekordlar qırarkən, 6 iyul qlobal orta temperatur 17,23 dərəcə ilə “rekordların ən isti günü” olaraq qeyd edilib.



Әlaqәli Xәbәrlәr