Bəyannamədə Ərdoğan və Kristersson arasındakı razılaşmanın məmnuniyyətlə qarşılandığı bildirilib

NATO-nun Baş katibi Yens Stoltenberq, prezident Rəcəb Tayyib Ərdoğan və İsveç Baş naziri Ulf Kristersson arasında əldə olunan razılaşma müsbət qarşılanıb.

2010128
Bəyannamədə Ərdoğan və Kristersson arasındakı razılaşmanın məmnuniyyətlə qarşılandığı bildirilib

Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitindən sonra yayımlanan bəyannamədə NATO-nun Baş katibi Yens Stoltenberq, prezident Rəcəb Tayyib Ərdoğan və İsveç Baş naziri Ulf Kristersson arasında əldə olunan razılaşmanın müsbət qarşılandığı bildirilib.

NATO-nun açıq qapı siyasətinə işarə edilən bəyannamədə bütün ölkələrin öz təhlükəsizlik tənzimləmələrini seçmək hüququ olduğu bildirilib.

Bəyannamədə deyilib:

"İsveçi alyansın tamhüquqlu üzvü kimi qarşılamağı səbirsizliklə gözləyirik. Bu kontekstdə NATO-nun baş katibi, Türkiye prezidenti və İsveçin baş naziri arasında əldə olunan razılaşmanı alqışlayırıq". 

Bəyannamədə terror heç bir şərt olmadan rədd edilib və ən sərt şəkildə qınanıb. Ayrıca bunun terrorla bütün forma və təzahürləri ilə mübarizənin ümumi müdafiəsi üçün vacib olduğu vurğulanıb.

Bəyannamədə 2008-ci il Buxarest sammitində Ukraynaya verilən NATO-ya üzvlük öhdəliyinin təkrarlandığı da qeyd edilərək "Biz Ukraynanın öz təhlükəsizlik tədbirlərini seçmək hüququnu tam dəstəkləyirik. Ukraynanın gələcəyi NATO-dadır" deyə qeyd olunub. 

Ayrıca Montrö Boğazları Konvensiyası vasitəsilə Qara dənizdə təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin və naviqasiya azadlığının qorunmasına yönəlmiş regional səylərə verilən dəstək dilə gətirilib.

Bəyannamədə Qara dənizdə baş verən hadisələrin izləniləcəyi və situasiya ilə bağlı məlumatlılığın artırılacağı vurğulanıb.

NATO-Rusiya münasibətlərinə dair qiymətləndirmələrin də yer aldığı bəyannamədə riski minimuma endirmək, gərginliyi azaltmaq və şəffaflığı artırmaq üçün Moskva ilə əlaqə kanallarının açıq saxlanılacağı bildirilib.

Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitindən sonra yayımlanan bəyannamədə Çinlə bağlı da qiymətləndirmələr aparılıb, Çinin iddialı və zorakı siyasətlərinin NATO-nun maraqlarına, təhlükəsizliyinə və dəyərlərinə meydan oxuduğu bildirilib:

“Qarşılıqlı şəffaflıq da daxil olmaqla, Çinlə konstruktiv işə açıq olmağa davam edəcəyik” .

Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın dərinləşməsinə diqqət çəkib, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü olan Çindən Rusiyanın müharibəsini pisləməyə çağırılıb və Çindən Rusiyaya silah dəstəyi verməməsi istənilib. 

Finlandiyanın alyansın ən yeni üzvü kimi qarşılandığı qeyd edilərək, NATO-nun açıq qapı siyasəti təsdiqlənib:

“Hər bir xalq öz təhlükəsizlik tədbirlərini seçmək hüququna malikdir”. 

Rusiyanın Krım da daxil olmaqla qeyri-qanuni ilhaqlarının tanınmayacağı və Rusiyanın törətdiyi hərbi cinayətlərə görə cavab verəcəyi vurğulanan bəyannamədə Rusiya müharibəni dərhal dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırılıb.

Alyansın Ukrayna prezidenti Volodimir Zelenskinin sülh düsturunu dəstəklədiyi bildirilən bəyannamədə mətnin bir çox yerində Ukraynaya hərbi və siyasi dəstəyin davam edəcəyi təkrarlanıb.

Rusiyanın Belarus ərazisində nüvə silahı və nüvə gücünə malik sistemləri yerləşdirmək niyyətinin pisləndiyi bəyannamədə “Rusiyanın məsuliyyətsiz nüvə ritorikasını və təzyiq edən nüvə siqnallarını pisləyirik”.

Bəyannamədə Avro-Atlantik xəttdə və NATO-Rusiya münasibətlərində proqnozlaşdırıla bilmənin arzu edildiyi bildirilib:

"NATO Rusiya ilə qarşıdurma yaratmaq niyyətində deyil və Rusiya üçün təhlükə yaratmır. Onların aqressiv mövqeyi qarşısında Rusiyanı tərəfdaş kimi görə bilmərik". 

NATO-nun Balistik Raketdən Müdafiə sisteminin (NATO BMD) sırf müdafiə məqsədi daşıdığı vurğulanaraq, bu proqramın Rumıniya, Türkiye, İspaniya, Polşa və ABŞ kimi ölkələrin könüllü töhfələri ilə həyata keçirildiyi qeyd edilib.

Bəyannamədə alyansın nüvəsiz dünya hədəfi olduğuna diqqət çəkilərək “İranın heç vaxt nüvə silahı yaratmamamasının vacibliyinə dair qətiyyət” bir daha vurğulanıb.

Ukrayna müharibəsində İranın Rusiyaya dəstəyinin Avro-Atlantik təhlükəsizliyə də təsir etdiyi bildirilən bəyannamədə NATO İranı Rusiyaya hərbi yardım etməməyə çağırıb.

Bəyannamə 2024-cü ildə sammitin NATO-nun yaranmasının 75-ci ildönümündə Vaşinqtonda, 2025-ci ildə isə Hollandiyada keçirilməsi ilə bağlı məlumatla yekunlaşıb.



Әlaqәli Xәbәrlәr