ABŞ-ın Vermont ştatında daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib

ABŞ prezidenti Cozef Bayden Vermontda güclü yağışların daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan edib.

2010033
ABŞ-ın Vermont ştatında daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Vermont ştatında daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
ABŞ prezidenti Cozef Bayden Vermontda güclü yağışların daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan edib.

"ABC News" agentliyinin məlumatına görə, ştat rəsmiləri Vinooski çayının tarixində ikinci ən yüksək səviyyəyə qalxdığını bildiriblər.

Ştatın paytaxtı Montpelierdə suyun səviyyəsinin qalxması ilə əlaqədar fövqəladə tədbirlər görülüb.

Bayden həmçinin ştat və yerli hökumətlərin müdaxilə səylərini dəstəkləmək üçün ştatda fövqəladə vəziyyət elan edib.

Fövqəladə vəziyyət şəraitində iş üçün federal resursların istifadəsinə icazə verilib, Federal Fövqəladə Halların İdarə Olunması İdarəsinə isə bütün yardım səylərini koordinasiya etmək səlahiyyəti verilib.

Ofisdən bildirilib ki, Londonderri, Veston, Bricvater, Andover, Ludlov və Middleseks şəhərlərində 100-dən çox xilasetmə əməliyyatı keçirilib.

ABŞ-ın şimal-şərqində yağan güclü yağışlar səbəbindən Nyu-York, Vermont və Men ştatlarının daxil olduğu Nyu-Enqland bölgəsində daşqınlar gözlənilir.



Әlaqәli Xәbәrlәr