Qanunsuz mühacirləri daşıyan 3 qayıq itkin düşüb

Seneqaldən 15 gün əvvəl yola düşən azı 300 qanunsuz mühaciri daşıyan 3 qayıq itkin düşüb.

2008940
Qanunsuz mühacirləri daşıyan 3 qayıq itkin düşüb

Seneqaldən 15 gün əvvəl yola düşən azı 300 qanunsuz mühaciri daşıyan 3 qayıq itkin düşüb.
15 gün əvvəl Seneqal sahillərindən Kanar adalarına üzən 300-dən çox qanunsuz mühacirin olduğu 3 qayığın Atlantik okeanında itdiyi bildirilib.
Mühacirlərə kömək etmək üçün fəaliyyət göstərən İspaniya qeyri-hökumət təşkilatı "Caminando Fronteras"ın sözçüsü Helena Maleno Reuters agentliyinə bildirib ki, 15 gün əvvəl Seneqaldan İspaniyanın Kanar adalarına yola düşən və 300-dən çox qanunsuz mühaviri daşıyan 3 qayıq Atlantik okeanında itib.

H.Maleno 15 gün əvvəl Seneqalın cənubundakı Kafountin bölgəsinin sahillərindən yola düşdüyü iddia edilən qayıqlardan birində 200-ə yaxın, digər iki qayıqda 65 və 60-a yaxın qanunsuz mühacirin olduğu məlumatını paylaşıb.

Şimali Afrika sahillərindən İspaniyanın Kanar adaları istiqamətində qanunsuz köç son illərdə ən çox istifadə edilən marşrutlardan biri olsa da, xüsusilə yay aylarında burada axının daha da çox olduğu müşahidə edilir.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, 2022-ci ildə 22-si uşaq olmaqla ən azı 559 qeyri-qanuni miqrant Kanar adalarına çatmağa çalışarkən həyatını itirib.

"Caminando Fronteras" qeyri-hökumət təşkilatının məlumatına görə, keçən il bu marşrutda həyatını itirən qeyri-qanuni miqrantların sayı 1784 olaraq qeydə alınıb.



Әlaqәli Xәbәrlәr