Bayden ABŞ-ın İsveçin NATO-ya üzvlüyünü tam dəstəklədiyini bildirib

İsveçin "bacarıqlı tərəfdaş" olduğunu deyən Bayden əlaqələrin daha da inkişaf etdirilməsi üçün çalışdıqlarını bildirib.

2007587
Bayden ABŞ-ın İsveçin NATO-ya üzvlüyünü tam dəstəklədiyini bildirib

"ABŞ İsveçin NATO-ya qəbulunu dəstəkləyir".

Bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə İsveçin baş naziri Ulf Kristerssonu qəbul edərkən deyib.

İsveçin "bacarıqlı tərəfdaş" olduğunu deyən Bayden əlaqələrin daha da inkişaf etdirilməsi üçün çalışdıqlarını bildirib.

Gələn həftə keçiriləcək NATO Sammitini xatırladan Bayden ABŞ-ın İsveçin NATO-ya üzvlüyünü tam dəstəklədiyini vurğulayıb.

İsveçin NATO ittifaqını daha da gücləndirəcəyini qeyd edən Bayden İsveçin NATO-ya üzv olmasını səbirsizliklə gözlədiklərini deyib.

Bayden İsveçlə iqlim böhranı, azad və açıq Hind-Sakit okeanın qorunması, Ukraynaya verilən dəstək kimi mövzularda birlikdə hərəkət etdiklərini ifadə edib.

Kristersson Baydenə ölkəsinin NATO üzvlüyünə verdiyi dəstəyə görə təşəkkür edib və ölkəsinin alyansa töhfə verə biləcəyini düşündüklərini bildirib.

İsveç və ABŞ-ın bir çox ortaq dəyərləri paylaşdığını qeyd edən Kristersson Ukraynaya verilən dəstəyi də xatırladıb və Baydenə transatlantik birliyə verdiyi töhfəyə görə təşəkkür edib.

Qeyd edək ki, iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdən əvvəl bu gün Brüsseldə Türkiye, İsveç və Finlandiya xarici işlər nazirlərinin iştirakı ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı yüksək səviyyəli toplantı keçiriləcək.

NATO-nun 2022-ci ilin iyununda Madriddə keçirilən Zirvə toplantısında Türkiye, Finlandiya və İsveç arasında üçtərəfli razılaşmaya əsasən yaradılmış Daimi Birgə Mexanizmin dördüncü iclası iyunun 14-də Ankarada keçirilib.


Etiketlәr: #Bayden , #İsveç , #NATO , #Ağ Ev

Әlaqәli Xәbәrlәr