Çin Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etmədi

Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Nəbilə Məsrəli məlumat verib

2007105
Çin Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etmədi

 

  Çin Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borrelin gələn həftə Pekinə nəzərdə tutulmuş səfərini ləğv edib. Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Nəbilə Məsrəli məlumat verib. Onun sözlərinə görə, Çin tərəfi Cozep Borrelin iyulun 10-a Pekinə nəzərdə tutulmuş səfərinin artıq mümkün olmayacağını və bununla bağlı başqa alternativlərin axtarılacağını bildirib. Səfər çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinin Çin rəsmiləri ilə yüksək səviyyəli görüşləri və bu görüşlərdə Rusiya-Ukrayna müharibəsi, insan haqları və digər məsələlərlə bağlı müzakirələr aparacağı gözlənilirdi.



Әlaqәli Xәbәrlәr