Maliyyə çatışmazlığı və humanitar əməliyyatlar

Mövzu ilə bağlı OCHA-dan verilən məlumatda yazılır...

2004929
Maliyyə çatışmazlığı və humanitar əməliyyatlar

 

  Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) artan ehtiyaclar qarşısında maliyyə çatışmazlığının humanitar əməliyyatlara mənfi təsir göstərdiyini bildirib.

  Mövzu ilə bağlı OCHA-dan verilən məlumatda yazılır: “Hazırda ehtiyac duyulan 54,8 milyard dolların yalnız 20 faizi toplanıb.

  Dünyada hər 22 adamdan birinin yardıma ehtiyacı var. 2022-ci ildə köməyə ehtiyacı olanların sayı 349, bu il isə 362 milyon olub.

   Ehtiyaclar artır, maliyyə isə kifayət deyil.

  Maliyyənin qeyri-bərabər bölüşdürülməsi bəzi bölgələri və sektorları çətinliyə salır. Bu baxımdan Myanma, Burkina Faso, Konqo Demokratik Respublikası, Venesuela, Somali və Əfqanıstan "lazımi maliyyə dəstəyi olmayan yerlər" arasındadır.

  Vəsait çatışmazlığı milyonlarla insana təsir edir.

  Donorları töhfələrini artırmağa çağırırıq”.



Әlaqәli Xәbәrlәr