Genlər cazibə qüvvəsi olmayan mühitdən necə tәsirlәnәcәk

Kosmosa səyahət edəcək tükr kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada cazibə qüvvəsi olmayan  mühitdə genlərin necə təsirlənəcəyinə diqqət yetirəcək.

1997739
Genlər cazibə qüvvəsi olmayan mühitdən necə tәsirlәnәcәk

Kosmosa səyahət edəcək tükr kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada cazibə qüvvəsi olmayan  mühitdə genlərin necə təsirlənəcəyinə diqqət yetirəcək.

Bu günkü proqramımızda Milli Kosmos Proqramı çərçivəsində kormosa səyahət edəcək türkiyeli kosmonavtların mikro cazibə ilə əlaqəli elmi missiyasından bəhs edəcəyik.

Milli Kosmos Proqramı çərçivəsində Cümhuriyyətin 100-cü ildönümündə kosmosa göndəriləcək kosmonavtlar kosmos stansiyasında universitetlər və tədqiqat qurumları tərəfindən hazırlanan 13 fərqli təcrübə həyata keçirəcəklər. Bu təcrübələrdən biri, cazibə qüvvəsi olmayan  mühitdə genlərin necə təsirlənəcəyi ilə bağlı olacaq.

TÜBİTAK Kosmos, kormosa səyahət edəcək şəxslərin həyata keçirəcəyi təcrübələri müəyyən etmək üçün Elmi Missiya ilə əlaqədar çağırış edib. Universitetlər və elmi-tədqiqat institutları bu çərçivədə TÜBİTAK-a müraciət edib.

Layihələrdən biri “Mikroqravitasiya ilə bağlı missiyası”dır.

Layihə ilk növbədə CRISPR gen mühəndisliyi metodlarından istifadə etməklə qeyri-qravitasiya mühitinin təsirinə məruz qalan, funksiyası hələ kəşf edilməmiş genləri müəyyən etmək və kosmos missiyalarında hansı immun hüceyrələrin cazibə qüvvəsindən birbaşa təsirlənəcəyini müəyyən etmək məqsədi daşıyır.

Üsküdar Universiteti Transgen Hüceyrə Texnologiyaları Mərkəzinin (TRGENMER) direktoru Cihan Taştanın sözlərinə görə, insan bədənindəki təxminən 25.000 genin cazibə qüvvəsi ilə əlaqəsi hələ məlum deyil.

Kosmosa səyahət edəcək türklər missiyadan əvvəl və səfər zamanı müxtəlif günlərdə qan analizi verəcəklər. Yer kürəsinə  qayıdanda bu nümunələri mərkəzə çatdıracaq. Bu sayədə hüceyrələrin, xüsusilə də immun hüceyrələrin kosmosda necə inkişaf etdiyi və xərçəng kimi faktorlarla nə dərəcədə mübarizə apara bildiyi müşahidə ediləcək.

Bu araşdırmalarla insan genetikasında gizlənən genlərin cazibə qüvvəsindən azad olduqda necə təsirlənəcəyini müəyyən etmək mümkün olacaq.

Kosmos mühitində xərçəng hüceyrələrinin daha təsirli şəkildə məhv edilə biləcəyinə dair dəlil əldə olunarsa,  kosmos turizminin inkişaf etməsi ilə kosmosa gedəcək xəstələr daha qısa müddətdə sağalacaqlar.

Gələcəkdə sağlamlıq turizmi ilə kosmik turizmi birləşdirmək mümkün olacaq və xəstələrin Beynəlxalq Kosmik Stansiyasındakı xəstəxanalarda müalicə alması mümkün olacaq.



Әlaqәli Xәbәrlәr