Olaf Şolts və Yens Stoltenberq birgə mətbuat konfransında çıxış ediblər

Almaniya kansleri Olaf Şolts Rusiya-Ukrayna müharibəsinin daha uzun müddət davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

2001709
Olaf Şolts və Yens Stoltenberq birgə mətbuat konfransında çıxış ediblər

Almaniya kansleri Olaf Şolts Rusiya-Ukrayna müharibəsinin daha uzun müddət davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Olaf Şolts  NATO Baş katibi Yens Stoltenberg ilə paytaxt Berlində keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında görüşdə Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlıq mövzusunu müzakirə etdiklərini ifadə etdi.

Sammitin Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin və bunun nəticələrinin necə həll olunacağının dərindən müzakirə ediləcəyi bir toplantı olacağını ifadə edən Olaf Şolts deyib: "Müharibə daha uzun müddət davam edə bilər''.

Vilnüsdə Finlandiya və İsveçin müttəfiq kimi masa arxasında olmasının onun üçün çox vacib olduğunu vurğulayan kansler Olaf Şolts deyib: “Biz NATO baş katibi ilə də xüsusilə Şimal dənizindəki kritik infrastrukturun təhlükəsizliyini müzakirə etdik. NATO-nun üzərinə götürəcəyi öhdəliyə görə Baş katibə təşəkkür etmək istərdim. Təbii qaz kəmərlərinə, eləcə də sualtı kabellərinə və külək turbinlərinə qarşı təxribatlar bütün Alyansın təhlükəsizliyinə təsir edir''.

NATO-nun baş katibi Yens Stoltenberq də  öz növbəsində NATO-nun Rusiyanın şərtlərinə görə Ukraynada müharibənin bitməsinə qarşı olduğunu ifadə edərək “Biz hamımız bu müharibənin bitməsini istəyirik, lakin bu, ədalətli sülh, münaqişənin dayandırılması və Rusiya tərəfindən diktə edilən razılaşmanın qəbul ediləcəyi mənaya gəlmir''.

 

 



Әlaqәli Xәbәrlәr