Nepalda daşqınlar nəticəsində 4 nəfər həyatını itirib

Nepalda leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşməsi nəticəsində 5 nəfər həyatını itirib.

2001655
Nepalda daşqınlar nəticəsində 4 nəfər həyatını itirib

Nepalda leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşməsi nəticəsində 5 nəfər həyatını itirib.
Asian News Internationalın (ANI) yaydığı xəbərə görə, ölkədə keçən həftədən etibarən yağan leysan yağışları daşqınlar və torpaq sürüşməsinə səbəb olub.
Yerli polis Sankuvasabha, Taplejung, Pançtar və Dhankuta bölgələrində yağan leysan yağışları nəticəsində 5 nəfərin öldüyünü, 28 nəfərin də itkin düşdüyünü bildirib.
Nepalın İnfrastruktur və Nəqliyyat naziri Prakaş Jvala daşqınlar  və torpaq sürüşmələri nəticəsində bəzi  magistral yolların və körpülərin dağıldığını, axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.
Qarşıdakı həftələrdə yağışların davam etməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr