Myanmada altı mindən çox mülki vətəndaş həyatını itirib

Myanmada 2021-ci ilin fevral ayında həyata keçirilən çevrilişdən sonra həyatını itirən mülki vətəndaşların sayı 6337 nəfərə çatıb.

1999473
Myanmada altı mindən çox mülki vətəndaş həyatını itirib

Myanmada 2021-ci ilin fevral ayında həyata keçirilən çevrilişdən sonra həyatını itirən mülki vətəndaşların sayı 6337 nəfərə çatıb.
Oslo Sülh Araşdırmaları İnstitutu tərəfindən yayımlanan hesabatda çevrilişdən sonra 20 ay ərzində Myanmada ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.
Məlumata görə, 2021-ci il fevralın 1-dən 2022-ci il sentyabrın 30-nadək 1337 nəfər “siyasi səbəblər” nəticəsində  ölüb, 2  614 nəfər isə yaralanıb.
Hesabatda 3003 nəfərin polis və milislərin, 2152 nəfərin isə silahlı müxalifət qruplarının törətdiyi zorakılıq nəticəsində həyatını itirdiyi bildirilib.
"Bu rəqəm sosial mediada paylaşılan  rəqəmlərdən xeyli yüksəkdir, lakin bu məlumat etibarlı xəbər mənbələrindən əldə olunan məlumatlara əsaslanır'',- deyə hesabatda vurğulanıb.
Xatırladaq ki, 2021-ci ilin 1 fevral tarixində Myanma ordusu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəsmi  şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirmişdi və ölkәdә fövqәladә vәziyyәt rejimi elan etmişdi. 
Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.


Etiketlәr: #çevriliş , #Myanma

Әlaqәli Xәbәrlәr