İqor Konaşenkov: ''Ukrayna qüvvələrinə ağır zərbələr endirilib''

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, gecə saatlarında havadan atılan uzaqmənzilli yüksək dəqiqlikli raketlərlə Ukrayna ordusunun olduğu yerlər və xaricdə istehsal olunan silah anbarları vurulub.

1999232

İqor Konaşenkov Ukrayna ordusunun hücum cəhdlərinin Baxmut yaxınlığında, Cənubi Donetsk istiqamətində,  Donetsk vilayətinin Makarovka, Rovnopol, Preçistovka, Kleşçeyevka yaşayış məntəqələri yaxınlığında dəf edildiyini bildirib.

İqor Konaşenkov indiyədək Ukrayna ordusuna məxsus 442 təyyarə, 238 helikopter, 4 585 pilotsuz uçuş aparatı, 426 hava hücumundan müdafiə raket sistemi, 9 939 tank və zirehli texnika, 1122  reaktiv yaylım atəşi sistemi, 5 100 haubitsa və minaatan və 10 min hərbi avtomobilin məhv edildiyini qeyd edib.

Әlaqәli Xәbәrlәr