FTİ müşahidə siyahısında olanların 98 faizi müsəlmanlarmış

Amerika-İslam Münasibətləri Şurası (CAİR) FTİ-ın müsəlmanları hədəf alan, terrorizmi yoxlayan məlumat bazasını təfərrüatlandıran hesabat yayıb

1999054
FTİ müşahidə siyahısında olanların 98 faizi müsəlmanlarmış

 

  Məlum olub ki, ABŞ Federal Təhqiqat Bürosunun (FTİ) müşahidə siyahısında olanların 98 faizi müsəlmanlardır.

  Amerika-İslam Münasibətləri Şurası (CAİR) FTİ-ın müsəlmanları hədəf alan, terrorizmi yoxlayan məlumat bazasını təfərrüatlandıran hesabat yayıb.

  Hesabat FTİ izləmə siyahısının 2019-cu il versiyasının isveçrəli haker tərəfindən təsadüfən ələ keçirilərək onlayn mühitə yüklənən 1,5 milyondan çox məlumat girişinin hərtərəfli təhlili əsasında hazırlanıb.

  FTİ məlumat bazasında təkcə "Məhəmməd" və "Əli" adlarının fərqli tələffüzlə 350 min dəfədən çox yazıldığı bildirilir. Ən çox adı çəkilən ilk 50 nəfərin hamısının müsəlman olduğu qeyd edilib.

  Tədqiq edilən izləmə siyahısı bazasındakı 1,47 milyondan çox məlumat girişinin 98 faizdən çoxu müsəlmanlara aiddir.

  CAİR ABŞ prezidenti Co Baydeni FTİ-nın izləmə siyahısına reaksiya verməyə çağırıb.

  FTİ-nın izləmə siyahısında olan insanlar səyahət məhdudiyyətləri, immiqrasiya, icazə, qeydiyyat, lisenziya, FTİ izləmə, polis vəhşiliyi, hökumət binalarına giriş məhdudiyyəti kimi bir çox problemlə üzləşirlər. Məsələn, Ramazan ayında Ağ Evdə təşkil edilən iftar tədbirinə dəvət edilən Nyu-Cersi Xiyaban Parkının meri Mohamed Xeyrullahın adı “Gizli xidmət” tərəfindən qonaqlar siyahısından çıxarılıb. Bu vəziyyət Xeyrullahın adının FTİ-nın izləmə siyahısında olması ilə əlaqələndirilir.



Әlaqәli Xәbәrlәr