Şimali Koreya ilk hərbi casus peyki ilə bağlı Yaponiyaya məlumat verdi

Yaponiyanın “Kyodo” informasiya agentliyinin yazdığına görə...

1992610
Şimali Koreya ilk hərbi casus peyki ilə bağlı Yaponiyaya məlumat verdi

 

  Şimali Koreya 31 may - 11 iyun tarixləri arasında orbitə buraxmağı planlaşdırdığı ilk hərbi casus peyki ilə bağlı planları barədə Yaponiyaya məlumat verib.

  Yaponiyanın “Kyodo” informasiya agentliyinin yazdığına görə, orbitə buraxıldıqdan sonra hərbi casus peykinin düşə biləcəyi təqdirdə dənizdə 3 təhlükəli zona yaranacağı barədə Şimali Koreya Yaponiya hökumətini məlumatlandırıb.

  Yaponiyanın baş naziri Kişida Fumio bildirib ki, Şimali Koreyanın hərbi casus peykini orbitə buraxması ballistik raket atmağa bərabərdir və BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinin pozulması deməkdir.

  Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu Şimali Koreyanın qərarının beynəlxalq ictimaiyyətin sülh və sabitliyini təhdid etdiyini və bunun ciddi təxribat olduğunu bildirib.

  Yaponiyanın müdafiə naziri Hamada Yasukazu özünümüdafiə qüvvələrinə Şimali Koreya raketinin Yaponiya ərazisi üzərində uçması və ya düşməsi halında hazırlıqlı olmağı əmr edib. O, Yaponiyanın cənubundakı üç adaya ballistik raketdən müdafiə sistemlərinin yerləşdirildiyini bildirib.

  Cənubi Koreya Xarici İşlər Nazirliyi də xəbərdarlıq edib ki, “Şimali Koreya hərbi casus peyki buraxma planı”nı davam etdirsə, cavabı veriləcək.

  Xatırladaq ki, Şimali Koreya 2022-ci il dekabrın 19-da ilk casus peykinin hazırlanmasında son mərhələ olan sınaq peykini orbitə çıxardığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr