Sergey Lavrov və somalili həmkarı Abşir Ömər Cama birgə mətbuat konfransında çıxış ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Afrika çoxqütblü dünyada mühüm rol oynamaq hüququna malikdir.

1991444
Sergey Lavrov və somalili həmkarı Abşir Ömər Cama birgə mətbuat konfransında çıxış ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Afrika çoxqütblü dünyada mühüm rol oynamaq hüququna malikdir.
Sergey Lavrov və Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Ömər Cama Rusiyanın paytaxtı Moskvada keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı təşkil ediblər.
Mətbuat konfransında çıxış edən Sergey Lavrov Rusiya ilə Somali arasında hərbi texnika sahəsindəki əməkdaşlığa toxunub.
Sergey Lavrov deyib: "Somali ordusunun terrorla mübarizə səylərini sona çatdırması üçün onlara lazımi hərbi avadanlığı verməyə hazırıq. Somali polisinə təlim keçməyə davam edəcəyik''.
Sergey Lavrov 2022-ci ilin fevralından bəri Ukraynada davam edən  müharibə ilə bağlı deyib:"Biz somalili dostlarımızın Ukrayna ətrafında baş verənlərlə bağlı nümayiş etdirdiyi balanslı mövqeyini yüksək qiymətləndiririk. Vəziyyətlə bağlı daim məlumat veririk''.
Somaliyə qarşı sanksiyaların tətbiq olunduğunu qeyd edən Sergey Lavrov  onların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Nazir Sergey Lavrov Afrikadakı problemlərin yalnız afrikalılar tərəfindən həll edilməsinin tərəfdarı olduqlarını qeyd edib.
"Qəbul etmək lazımdır ki, Afrika qitəsi öz problemlərini həll etmək hüququna malikdir və formalaşmaqda olan çoxqütblü dünyada mühüm rol oynayır",-deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.
Abşir Ömər Cama isə öz növbəsində Rusiya ilə əməkdaşlığı  və terrorla mübarizəni davam etdirdiklərini bildirib.
Tərəflər Rusiya və Somali xarici işlər nazirlikləri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.



Әlaqәli Xәbәrlәr