ABŞ Belarusun Rusiya ilə nüvə silahı müqaviləsini pisləyib

ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller Belarusun Rusiya ilə taktiki nüvə silahlarına dair saziş imzalamasını pisləyib.

1990993
ABŞ Belarusun Rusiya ilə nüvə silahı müqaviləsini pisləyib

ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller Belarusun Rusiya ilə taktiki nüvə silahlarına dair saziş imzalamasını pisləyib.
Gündəlik mətbuat konfransında Rusiyanın Belarusla taktiki nüvə raketlərinin Belarusa gətirilməsi ilə bağlı razılaşmasına dair sualı cavablandıran Miller "Əlimizdə olan dəlil və ya qiymətləndirmə haqqında danışmayacağam. Amma demək istərdim ki, bu razılaşmanı sərt şəkildə qınayırıq. Bu, Rusiyanın uzun müddət əvvəl başladığı Ukraynaya hərtərəfli işğalda gördüyümüz məsuliyyətsiz davranışının sonuncusudur” deyib.

Daha əvvəl Rusiyanın Ukrayna ilə müharibəsində bioloji, kimyəvi və ya nüvə silahlarından istifadə etməsinin ağır cavabların olacağını ifadə etdiklərini bildirən Miller deyib:
"Nüvə mövqeyimizin dəyişdirilməsini tələb edəcək heç bir vəziyyət yoxdur və ya Rusiyanın nüvə silahdan istifadə edəcəyinə dair hər hansı işarə yoxdur".

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Hrenin mayın 25-də Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı sənədləri imzalayıblar.

Hrenin bunun Qərb ölkələrinin "dost olmayan" və "aqressiv" siyasətinə cavab olduğunu vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin mart ayında Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini açıqlamışdı. Putin həmçinin bəyan edib ki, əvvəllər Belarusa təhvil verdikləri “İsgəndər” yüksək dəqiqlikli raket sistemləri yuxarıda adıçəkilən silahla təchiz olunacaq.



Әlaqәli Xәbәrlәr