Çin-Mərkəzi Asiya Sammiti tarixi İpək Yolunun başlanğıc nöqtəsində

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə...

1988222
Çin-Mərkəzi Asiya Sammiti tarixi İpək Yolunun başlanğıc nöqtəsində
si cinping-mirziyoyev.jpg

 

  Çin-Mərkəzi Asiya Sammiti üçün Çinə səfər edən Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ölkə başçısı Si Cinpin ilə görüşüb.

  Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı S.Cinpin Türkmənistanla diplomatik əlaqələr qurduqları 1992-ci ildən bu yana qarşılıqlı hörmət və faydaya əsaslanan əməkdaşlığı davam etdirdiklərini və iki ölkə arasında əməkdaşlıq üçün daha böyük potensial olduğunu vurğulayaraq deyib: “S.Berimuhamedov yanvar ayında Çinə səfəri ilə dövlətlərimizin münasibətlərini hərtərəfli strateji tərəfdaşlığa yüksəltdi. Çin və Türkmənistan xalqlarının rifahı naminə əməkdaşlığı inkişaf etdirməyə hazırıq”.

  Si Cinpin sammit üçün Çində olan Özbəkistan prezidenti Şövkət Mirziyoyev ilə də görüşüb və çıxışında söyləyib: “2022-ci ilin sentyabrında Özbəkistana səfərim zamanı iki ölkə ortaq gələcəyi paylaşan bir cəmiyyət yaratmaq görüntüsünü ortaya qoydu və münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Çin Özbəkistanla əlaqələrini bütün istiqamətlərdə inkişaf etdirməyə hazırdır.”

  Qeyd edək ki, Çin və 5 Mərkəzi Asiya respublikasını birləşdirən Çin-Mərkəzi Asiya Sammiti tarixi İpək Yolunun başlanğıc nöqtəsi sayılan Çinin Şaanşi əyalətinin mərkəzi Sian şəhərində keçirilir.

  Çin dövlət başçısı Si Cinpinin ev sahibliyi ilə keçirilən sammitdə Qazaxıstan prezidenti Kasım Cömert Tokayev, Qırğızıstan prezidenti Sadir Japarov, Tacikistan prezidenti İmaməli Rəhman, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edir.



Әlaqәli Xәbәrlәr