Konqo Demokratik Respublikasında daşqın nəticəsində ölənlərin sayı 438 nəfərə çatıb

Konqo Demokratik Respublikasının (KDR) Cənubi Kivu əyalətində güclü leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 438-ə yüksəlib.

1985244

KDR hökumət sözçüsü Patrik Muyaya ötən həftə Cənubi Kivu əyalətinin Buşuşu və Nyamukubi kəndlərində baş verən sel fəlakəti nəticəsində itkin düşən 26 nəfərin cəsədləri ilə ölənlərin sayının 438-ə yüksəldiyini bildirib.

Daşqın nəticəsində itkin düşənlərin sayı ilə bağlı hələlik rəsmi rəqəmin olmadığını bildirən Muyaya əlavə edib ki, qeyri-hökumət təşkilatlarının məlumatına görə, 4000-dən çox adam hələ də itkindir.

Ötən həftə bölgəyə yağan güclü yağışlar Çibira çayının daşmasına səbəb olub.

Tropik iqlim zonasında yerləşən KDR yağış mövsümündə tez-tez təbii fəlakətlərlə üzləşir.

Әlaqәli Xәbәrlәr