“Artıq bir missiya da gedir, ictimaiyyətə açıqlananda…” Papa Fransisk

Macarıstanda 3 günlük səfərdə Ukrayna və immiqrasiyaya diqqət çəkən Papa Budapeştdən qayıdarkən təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandırıb

1981298
“Artıq bir missiya da gedir, ictimaiyyətə açıqlananda…” Papa Fransisk

 

  Katoliklərin ruhani başçısı və Vatikanın rəhbəri Papa Fransisk bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoyulması və sülhün bərqərar olması üçün artıq bir missiya həyata keçirilir.

  Macarıstanda 3 günlük səfərdə Ukrayna və immiqrasiyaya diqqət çəkən Papa Budapeştdən qayıdarkən təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandırıb.

  Macarıstandakı görüşləri zamanı Roma Papası Fransisk Macarıstanın baş naziri Viktor Orban və Rusiya Pravoslav Kilsəsinin Budapeştdəki nümayəndəsi Mitropolit Hilarion ilə Ukraynadakı vəziyyəti müzakirə etdiklərini bildirərək deyib: "İnanıram ki, sülh həmişə kanalların açılması ilə olacaq. Kanalların bağlanması ilə sülh əldə oluna bilməz. Biz müharibə ilə bağlı hər şeyi danışdıq.

  Vatikan da sülh missiyasında iştirak edəcək. Mən bunu etməyə hazıram. Edilməli olan hər şeyi etməyə hazıram. Artıq bir missiya da gedir, lakin o, ictimaiyyətə açıq deyil. Bu barədə ictimaiyyətə açıqlananda danışacağam".

  Vatikanın Ukraynanın müharibə zamanı Rusiyaya aparılan uşaqların evlərinə qayıtması tələbilə bağlı Papa belə deyib: "Vatikan bəzi məhbus mübadiləsində vasitəçilik edir. Çünki bu, düzgün və ədalətli bir işdir. İnsanı qorumaq üçün hər şeyi etmək lazımdır”.



Әlaqәli Xәbәrlәr