Şərqi Avropa ukraynalı qaçqınlara maliyyə yardımını azaltmaqdadır

“Bloomberg” agentliyi xəbər verir ki...

1981123
Şərqi Avropa ukraynalı qaçqınlara maliyyə yardımını azaltmaqdadır

 

  Şərqi Avropa ölkələri ukraynalı qaçqınlara maliyyə yardımını azaltmağa başlayıb.

  “Bloomberg” agentliyi xəbər verir ki, Polşa, Rumıniya, Slovakiya və Çexiyanın da aralarında olduğu ölkələrin yardımları azaltması səbəbindən qaçqınların vəziyyəti ağırlaşıb.

  Rumıniyanın hakimiyyət orqanları ukraynalılara verilən ev pullarını 4 ay əvvəl kəsib, bu həftə isə 100 min qaçqına ödənişləri 2 dəfə azaldıb.

  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Rusiyanın təcavüzü başlayandan bəri 8,1 milyondan çox ukraynalı Avropa ölkələrinə üz tutub.



Әlaqәli Xәbәrlәr