“Abrams” tankları ilin sonunadək Ukraynaya veriləcək

Amerikanın “Abrams M1A1” tanklarının 2023-cü ilin sonuna qədər Ukraynaya çatdırılacağı nəzərdə tutulur.

1978899
“Abrams” tankları ilin sonunadək Ukraynaya veriləcək

Amerikanın “Abrams M1A1” tanklarının 2023-cü ilin sonuna qədər Ukraynaya çatdırılacağı nəzərdə tutulur.

Bu barədə Pentaqonun spikeri general Patrik Rayder bildirib.

P.Rayder qeyd edib ki, indi Almaniyada kadr hazırlığı davam etdiriləcək - bunun üçün xüsusi olaraq oraya “Abrams M1” tankları göndəriləcək.

Rayder bu tankların yalnız təlim üçün nəzərdə tutulduğunu, sonradan Ukraynaya gedəcək yenilənmiş tanklar olmadığını qeyd edib.

Rayder Ukraynaya gələn “Abrams M1А1” tanklarının ölkədə gedən döyüşlərin xüsusiyyətlərinə uyğun təchiz ediləcəyini də deyib. 


Etiketlәr: #Ukrayna , #Abrams M1A1

Әlaqәli Xәbәrlәr