Londonda minlərlə insan iqlim dəyişikliyinə diqqət çəkmək üçün küçələrə axışıb

Londonda minlərlə insan iqlim dəyişikliyi və ətraf mühitlə bağlı məlumatlılığı artırmaq üçün İngiltərə parlamentinin qarşısında və onun ətrafındakı küçələrdə nümayiş keçirib.

1977977

Minlərlə insan Extinction Rebellion (XR) adlı təşkilatın çağırışı ilə  İngiltərə parlamentinin qarşısına toplanıb.
Təşkilatın rəsmi internet səhifəsində verilən məlumata görə, nümayişə 30 mindən çox adam qatılıb, onlarla ətraf mühit təşkilatı stendlər quraraq aksiyaya dəstək verib.
Parlament qarşısındakı  Abingdon, Millbank və Great Peter küçələrini bağlayan nümayişçilər "Dünyanı xilas etmək üçün hələ gec deyil", "B planeti yoxdur" kimi şüarlar səsləndiriblər.

Məlumata görə, aksiya 4 gün davam edəcək. Aksiya çərçivəsində ətraf mühit və iqlimlə bağlı problemlərə diqqət çəkiləcək.

Әlaqәli Xәbәrlәr