9-24 yaş arası gənclərin antisosial olmaması üçün 500 dollar

Gender Bərabərliyi və Ailə Nazirliyinin açıqladığı yeni plana görə...

1974617
9-24 yaş arası gənclərin antisosial olmaması üçün 500 dollar

 

  Cənubi Koreya hökuməti 9-24 yaş arası gənclərin antisosial olmaması üçün təxminən 500 dollar ödəyəcək.

  Gender Bərabərliyi və Ailə Nazirliyinin açıqladığı yeni plan asosial olaraq təyin edilən 9-24 yaş arası gənclərin evdən çıxıb ictimailəşməsinə zəmin yaratmaq məqsədi daşıyır.

  Plana əsasən, sosiallaşmaq üçün evlərindən çıxmaqda ciddi sosial anlaşılmazlıq yaşayan gənclərə ayda 650 min von, yəni 490 ABŞ dolları ayrılacaq. Bundan əlavə, gənclərə sağlamlıq, məşğulluq, təhsil kimi imkanlar yaradılacaq.

  Cənubi Koreya Sağlamlıq və Sosial Münasibətlər İnstitutunun məlumatına görə, 19-39 yaş arası Cənubi koreyalı gənclərin təxminən 3 faizinə bərabər olan 350 min nəfər “tək” sayılır.

  Sosial olmayan gənclərin 40 faizi 20 yaşından əvvəl tək yaşamağa başlayıb və onların əksəriyyəti yoxsul ailələrdəndir.

  Qeyd edək ki, Cənubi Koreyada ailə münasibətlərində çətinliklərin öhdəsindən gəlmək üçün bir mexanizm kimi özünü cəmiyyətdən təcrid edən gənclər üzərində araşdırmalar davam edir.



Әlaqәli Xәbәrlәr