Şahzadə Harri Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə qatılacaq

Bukinqem sarayı Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harrinin atası Kral Çarlzın tacqoyma mərasiminə qatılacağını təsdiqləyib.

1974046
Şahzadə Harri Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə qatılacaq

Şahzadə Harrinin mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcəyi, lakin onun həyat yoldaşı Meqan Marklın uşaqları ilə birlikdə Kaliforniyada qalacağı bildirilir.
Bukinqem sarayı Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harrinin atası Kral Çarlzın tacqoyma mərasiminə qatılacağını təsdiqləyib.
Açıqlamada Meqan Marklın Kaliforniyada Şahzadə Arçi və Şahzadə Lilibetlə qalacağı bildirilib.
Sasseks hersoqu Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında daha müstəqil həyat sürmək və Britaniya mediasından uzaqlaşmaq üçün Amerika Birləşmiş Ştatlarına köçmüşdü.



Әlaqәli Xәbәrlәr