Fransa vətəndaşlarına bu ölkələrə səfər etməmələri tövsiyə olundu

Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir...

1971949
Fransa vətəndaşlarına bu ölkələrə səfər etməmələri tövsiyə olundu

 

  Fransa öz vətəndaşlarına Çad, Burkina Faso, Mali, Niger və Mavritaniyaya səyahət xəbərdarlığı etdi.

  Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir: “Afrikanın Saharaaltı (Saxara) hissəsində terror təhlükəsi yüksəlib.

  Çad, Burkina Faso, Mali, Niger, Mavritaniya və qonşu ölkələrdə qərblilərə qarşı terror hücumu və adam oğurluğu riski artıb. Fransa vətəndaşlarına vacib səbəblər olmazsa, bu ölkələrə səfər etməmələri tövsiyə olunur.

  Fransızların həyat və təhlükəsizliyi bu ölkələrdə birbaşa və dolayısıyla təhdid altındadır. Vətəndaşlarımızdan adları çəkilən ölkələri tərk etmələri istənilir”.



Әlaqәli Xәbәrlәr