Yaponiya NATO-da diplomatik nümayəndəlik açmaq qərarına gəlib

NATO-nun Baş katibi Yens Stoltenberq Yaponiyanın NATO-da diplomatik nümayəndəlik açmaq qərarına gəldiyini bildirib.

1970277
Yaponiya NATO-da diplomatik nümayəndəlik açmaq qərarına gəlib

NATO-nun Baş katibi Yens Stoltenberq Yaponiyanın NATO-da diplomatik nümayəndəlik açmaq qərarına gəldiyini bildirib.

Yens  Stoltenberq və Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gün iclaslarından sonra birgə mətbuata bəyanatla çıxış ediblər .

Yaponiyanın Rusiya-Ukrayna müharibəsini pislədiyini və NATO-nun Ukraynaya yardım paketinə verdiyi maliyyə dəstəyini alqışladığını ifadə edən Yens Stoltenberq deyib: “İndi Hind-Sakit okean, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı sürətləndiririk”.

NATO-nun Baş katibi Yaponiyanın NATO-da xüsusi diplomatik nümayəndəlik açmaq qərarını da yüksək qiymətləndirib.

Yaponiya naziri Yoşimasa Hayaşi bildirib ki, status-kvonun güc yolu ilə dəyişdirilməsi ilə yanaşı, hətta nüvə silahından istifadə və bununla bağlı müzakirələr də qəbuledilməzdir.



Әlaqәli Xәbәrlәr