Polşa Belarusa daha çox sanksiyaların tətbiq edilməsi ilə əlaqədar çağırış edib

Polşanın baş naziri Mateuş Moravetski Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən mətbuat konfransında Rusiyanın Belarusa taktiki nüvə silahı yerləşdirmək planını qiymətləndirib.

1966457

Belarusa qarşı növbəti sanksiyalar dalğasının xüsusilə Belarus prezidenti Aleksandr Lukaşenko rejimi üçün "daha sərt" olacağını bildirən Mateuş Moravetski Rusiya və Belarusa qarşı sonrakı sanksiyaların əhatə dairəsi barədə Avropa liderləri ilə daim danışdığını bildirib.
Mateuş Moravetski Belarusu Moskva administrasiyasını dəstəklədiyinə görə tənqid edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 25-də Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edərək, “Biz bunu nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik” deyib.
NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın bu qərarını “məsuliyyətsiz” hesab etdiklərini bəyan ediblər.
Ukrayna Xarici İşlər Nazirliyi də BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini tələb edib.

Әlaqәli Xәbәrlәr