Bankole Adeoye: ‘‘Somalinin terrorla mübarizә mәsәlәsindә daha çox dәstәyә ehtiyacı var’’

Afrika Birliyi (AfB) Somalidə terror təşkilatı Eş-Şebab ilə mübarizə üçün 90 milyon dollar yardım istəyib.

1964242
Bankole Adeoye: ‘‘Somalinin terrorla mübarizә mәsәlәsindә daha çox dәstәyә ehtiyacı var’’

Afrika Birliyi (AfB) Somalidə terror təşkilatı Eş-Şebab ilə mübarizə üçün 90 milyon dollar yardım istəyib.

AfB-nin Siyasi Məsələlər, Sülh və Təhlükəsizlik üzrə komissarı Bankole Adeoye jurnalistlərə verdiyi açıqlamada Somalidə terrorla mübarizədə daha çox dəstəyə ehtiyac olduğunu bildirib.

Bankole Adeoye Eş-Şebabla mübarizədə 90 milyon dollar yardım tələb etdiklərini ifadə edərək, kifayət qədər dəstək verilmədiyi təqdirdə bir çox bölgənin təşkilatın nəzarətinə keçə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Somalidəki vəziyyətin çox kritik olduğuna diqqət çəkən Bankole Adeoye deyib:"Beynəlxalq ictimaiyyətin Somaliyə olan marağını itirməsini istəmirik".

Bankole Adeoye Qərb ölkələrinin Ukraynaya dəstəyinə diqqət çəkərək, eyni yardımın Somaliyə də edilməsini tələb edib.

Afrika İttifaqının Keçid Missiyası çərçivəsində Somalidə 20 mindən çox əsgər xidmət edir.

Qeyd edək ki, Es-Şebab 2000-ci illərin ortalarından etibarən  Moqadişoda qurulan hökuməti devirməyə çalışır.

Təşkilat Somalinin qonşusu Keniyada da vaxtaşırı terror aktları törədir.


Etiketlәr: #Somali , #Bankole Adeoye

Әlaqәli Xәbәrlәr