ABŞ prezidenti Bayden və Dövlət katibi Blinkendən Ramazan mesajı

ABŞ prezidenti Co Bayden Ramazan ayının başlaması münasibəti ilə yazılı açıqlama yayıb.

1963926
ABŞ prezidenti Bayden və Dövlət katibi Blinkendən Ramazan mesajı

ABŞ-da və dünyanın müxtəlif ölkələrindəki müsəlmanların Ramazan ayını təbrik edən preziden Bayden: “Birləşmiş Ştatlar olaraq bu müqəddəs təfəkkür dövründə sıxıntılara və dağıntılara məruz qalan müsəlman icmalarına dəstəyimizi tekrarən səsləndirir və son dağıdıcı zəlzələlərdə yaxınlarını itirmiş Türkiye və Suriya xalqları, eləcə də keçən il məruz qaldıqları sel fəlakətindən sonra həyatlarını bərpa edən Pakistan xalqının yanında olmaqda davam edəcəyik”. Dini etiqad azadlığına da diqqət çəkən prezident, ABŞ olaraq tərəfdaşları ilə birlikdə Çin Xalq Respublikasındakı uyğurlar, Birmadakı (Myanma) Rohincalar, o cümlədən zülmə məruz qalan digər müsəlmanlar icmalar başda olmaqla, bütün müsəlmanlarla həmrəy olduqlarını vurğulayıb.

Müsəlman amerikalıların ölkəyə elm və texnologiyadan incəsənət və akademiyaya, hüquq və tibbdən ticarət və bürokratiyaya qədər hər sahədə töhfələr verdiyini ifadə edən Bayden, bu çərçivədə bərabər, ədalətli və tolerant bir millət olmaq uğrunda atdığı addımlardan imtina etməyəcəyini qeyd edib. ABŞ-dakı və dünyadakı bütün müsəlmanlara müraciət edərək, onlara mübarək və dinc Ramazan diləyib.

ABŞ Dövlət Katibi Antoni Blinken də açıqlamasında müsəlman dünyasındakı tərəfdaşlarına dərin hörmətlərini çatdırdıqlarını bildirib. O: “Həm ölkə daxilində, həm də xaricdə bütün insanlar üçün din azadlığını təşviq etməyə davam edirik. 1,8 milyard müsəlmana firavan Ramazan diləyirik”.

Nyu-York meri Erik Adams da Ramazanın müqəddəs ay olduğunu və müsəlman Nyu Yorkluların Ramazan ayını təbrik etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr