Peruda tropik “Yaku” qasırğası daşqınlara səbəb olub, 65 ölü

Cənubi Amerika ölkəsi Peruda tropik “Yaku” qasırğasının yaratdığı daşqınlar nəticəsində 65 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb.

1962689
Peruda tropik “Yaku” qasırğası daşqınlara səbəb olub, 65 ölü

TRT-nin yerli mətbuata istinad etdiyi xəbərə görə paytaxt Lima başda olmaqla ölkənin bir çox şəhərində təsirli olan qasırğa sel və yüzlərlə dağıntıya səbəb olub.

Təbii fəlakətdən 66 853 nəfər zərər çəkib, onlarla məktəb, sağlamlıq mərkəzləri, körpülər, 640 kilometr yol zədələnib. 11 çayın axını təhlükəli həddə çatıb.

Hökumət təbii fəlakətdən ən çox zərər çəkmiş 8 bölgənin 154 rayonunda 6 ay müddətinə fövqəladə vəziyyət elan edib.

 



Әlaqәli Xәbәrlәr