Bayden “COVID-19” ilə bağlı  qanun layihəsini imzaladı

Bayden COVID-19-un mənşəyi ilə bağlı məxfi məlumatların açılması haqqında qanun layihəsini imzalayıb.

1962835
Bayden “COVID-19” ilə bağlı  qanun layihəsini imzaladı

ABŞ prezidenti Bayden Konqres tərəfindən daha əvvəl təsdiqlənən qanun layihəsini imzalayıb. Sənədə əsasən, ABŞ kəşfiyyatı yeni koronavirusun mənşəyi ilə bağlı məlumatlarını məxfilikdən çıxarmalıdır.

Ağ Ev-də  bu  barədə  yayılan  açıqlamada: “Qanun milli kəşfiyyat direktorundan COVID-19-un mənşəyi ilə bağlı bəzi məlumatların məxfiliyini ləğv etməyi tələb edir”.

Fevral ayında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büro üzvü Vanq Yi Çinin koronavirus pandemiyasından uğurla çıxdığını bildirib.

Martın 2-də ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar hesab edir ki, koronavirusun laboratoriya sızması nəzəriyyəsi çox realdır, lakin qəti deyil.

 

 



Әlaqәli Xәbәrlәr