ABŞ Ukrayna-Çin yaxınlaşmasını dəstəkləyir

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiya-Ukrayna müharibəsində Çinin mövqeyini yaxından izləyir.

1961250
ABŞ Ukrayna-Çin yaxınlaşmasını dəstəkləyir

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi: “Pekin, Ukraynanın müharibə ilə bağlı perspektivini diqqətə almalıdır. Ukrayna prezidenti Vladimir Zelenski ilə Çin prezidenti Xi Jinping arasında mümkün telefon danışığını dəstəkləyirik”.

Xatırladaq ki, Çinin xarici işlər naziri Qin Qang ilə Ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.

Çinli nazir bildirib ki, Ukrayna böhranın daha da gərginləşməsi və nəzarətdən çıxması ehtimalından narahatdır. Qang ölkəsinin obyektiv və ədalətli mövqe tutduğunu da sözlərinə əlavə edib.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verib və bununla da Rusiya-Ukrayna müharibəsi başlayıb.

 

 



Әlaqәli Xәbәrlәr