İsrail qüvvәlәri fәlәstinlilәrә sәrt müdaxilә edib, yaralananlar var

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərinə təşkil etdiyi basqında 6 fələstinli yaralanıb.

1960738
İsrail qüvvәlәri fәlәstinlilәrә sәrt müdaxilә edib, yaralananlar var

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərinə təşkil etdiyi basqında 6 fələstinli yaralanıb.

Şahidlərin məlumatına görə, İsrail əsgərləri yəhudilərin daşınmasının təmin edilməsi və  dini ayinlərini yerinə yetirmələri üçün Nablusun şərqindəki  "Yusifin məkanı" kimi tanınan əraziyə basqın ediblər.
Buna  reaksiya göstərən fələstinli gənclərlə İsrail qüvvələri arasında qarşıdurma yaşanıb. İsrail qüvvələri fələstinlilərə həqiqi və rezin güllələr və gözyaşardıcı qazla müdaxilə edib. Fələstinlilər isə İsrail qüvvələrinə daş və molotof kokteyli atıb, avtomobil təkərlərini yandırıblar.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada hadisə nəticəsində  3 fələstinlinin həqiqi güllə, 3 nəfərin isə qaz kapsulu və güllə parçaları ilə yaralandığı bildirilib. İsrail əsgərlərinin müdaxiləsi zamanı atılan qazdan 52 nəfər də zəhərlənib.



Әlaqәli Xәbәrlәr