Nigeriyada silahlı hücum, onlarla ölü

Nigeriyanın Katsina əyalətində silahlı şəxslərin hücumu nəticəsində onlarla adam həyatını itirib.

1959185
Nigeriyada silahlı hücum, onlarla ölü

TRT-nin ölkə mediasına istinad etdiyi xəbərə görə , hadisə Katsina əyalətinin Kankara bölgəsində motosikletli silahlı şəxslər tərəfindən törədilib. Hücumda 22 nəfər həyatını itirib, xeyli sayda adam yaralanıb.

Katsina polisinin sözçüsü Qambo İsah hücumu təsdiqləyib. Lakin ölənlərin sayı barədə məlumat verməyib. Hadisənin törədildiyi əraziyə təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu ifadə sözçü insident ilə bağlı istintaq başladıldığını qeyd edib.

Son zamanlar motosikletli silahlı şəxslərin hücumlarında artım olduğuna görə ölkənin bəzi ərazilərində motosikletdən istifadə qadağan edilib.

 



Әlaqәli Xәbәrlәr