Malavidə “Freddi” tropik qasırğası, onlarla ölü

Malavidə “Freddie” tropik qasırğası və onun səbəb olduğu sel nəticəsində onlarla adam həyatını itirib.

1959285
Malavidə “Freddi” tropik qasırğası, onlarla ölü

TRT-nin yerli xilasetmə xidmətinə istinad etdiyi xəbərə görə təbii fəlakət nəticəsində 99 nəfər həyatını itirib, 134 nəfər yaralanıb və 16 nəfər itkin düşüb.

Məlumata görə, təbii fəlakətdən 2 mindən çox insan zərər çəkib. Ölkənin iqtisadi paytaxtı Blantir şəhərinə bitişik bölgəyə digərlərindən daha çox ziyan dəyib. 

Qeyd olunur ki, təbii fəlakətlə əlaqədar malavidə fövqəladə vəziyyət elan olunub.

Qonşu Mozambikin səlahiyyətliləri də qasırğa və sel səbəbindən son sutka ərzində 4 nəfərin öldüyünü bildiriblər.

 



Әlaqәli Xәbәrlәr