Mozambikdə fırtınalar və daşqınlar snəticəsində 117 nəfər həyatını itirib

Şərqi Afrika ölkəsi Mozambikdə fırtınalar və daşqınlar səbəbindən fevral ayından etibarən 117 nəfər həyatını itirib.

1957300
Mozambikdə fırtınalar və daşqınlar snəticəsində 117 nəfər həyatını itirib

Şərqi Afrika ölkəsi Mozambikdə fırtınalar və daşqınlar səbəbindən fevral ayından etibarən 117 nəfər həyatını itirib.
Mozambik Baş naziri Adriano Meliane məclisdə etdiyi çıxışda ölkədə yaşanan təbii fəlakətlərin səbəb olduğu fəsadlarla bağlı məlumat verib. Adriano Meliane yaşanan  fırtına və daşqınlar səbəbindən 117 nəfərin  öldüyünü, 272 nəfərin də zərər çəkdiyini bildirib.
Maliane təbii fəlakət səbəbindən  50 min evin dağıldığını, 686 sinif və 69 tibb mərkəzinin yararsız hala gəldiyini, magistral yollara ziyan dəydiyini və 73 min hektar əkinçilik sahəsinin su altında qaldığını söyləyib.



Әlaqәli Xәbәrlәr