Olaf Şolts və Edi Rama birgə mətbuat konfransında çıxış ediblər

Almaniya kansleri Olaf Şolts ölkəsinin Qərbi Balkan ölkələrinə və onların Avropa İttifaqına (Aİ) inteqrasiyasına dəstəyini bir daha vurğulayıb.

1956549
Olaf Şolts və Edi Rama birgə mətbuat konfransında çıxış ediblər

Almaniya kansleri Olaf Şolts ölkəsinin Qərbi Balkan ölkələrinə və onların Avropa İttifaqına (Aİ) inteqrasiyasına dəstəyini bir daha vurğulayıb.

Olaf Şolts Almaniyanın paytaxtı Berlində Albaniyanın Baş naziri Edi Rama ilə birgə mətbuat konfransı keçirib.

“Almaniya hökuməti üçün 6 Qərbi Balkan ölkəsinin Aİ ilə sürətli inteqrasiyası strateji əhəmiyyət kəsb edir”,-deyə Olaf Şolts qeyd edib.

Olaf Şolts sözügedən ölkələrin Aİ-yə tam hüqüqlu üzvlük prosesinə toxunaraq deyib: "Biz bu ölkələri ən qısa zamanda Aİ üzvü kimi qəbul etmək istəyirik. Bunun üçün Albaniyanın Aİ-yə üzvlük prosesində əldə etdiyi irəliləyiş də müsbət siqnaldır".

Olaf Şolts bildirib ki, Aİ və Qərbi Balkan ölkələrinin liderləri oktyabrın 16-da Albaniyanın paytaxtı Tiranada "Berlin Prosesi" təşəbbüsü çərçivəsində bir araya gələcək və əməkdaşlığı gücləndirəcək və bütün ölkələrin Avropa İttifaqına inteqrasiyasını sürətləndirəcək addımları müzakirə edəcəklər. 

Albaniyanın Baş naziri Edi Rama da Tiranada keçiriləcək sammitin əhəmiyyətinə diqqət çəkib.

"Bu sammit əməkdaşlığı gücləndirəcək. Regional əməkdaşlıq bizim üçün ən vacib məsələdir. Almaniyanın bizimlə birlikdə irəliləməsi də çox vacibdir",-deyə Edi Rama vurğulayıb.

Almaniya son aylarda Rusiya-Ukrayna müharibəsinin regionda qeyri-sabitliyə səbəb ola biləcəyindən ehtiyat edərək Qərbi Balkanlara qarşı diplomatik səylərini artırıb.



Әlaqәli Xәbәrlәr