İndoneziyada torpaq sürüşməsi, ölənlər var

İndoneziyanın Natuna bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində ilkin məlumatlara görə 11 nəfər həyatını itirib, onlarla adam itkin düşüb.

1955698
İndoneziyada torpaq sürüşməsi, ölənlər var

İndoneziyanın Natuna bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində ilkin məlumatlara görə 11 nəfər həyatını itirib, onlarla adam itkin düşüb.
Milli Fövqəladə Hallar İdarəsi rəsmiləri güclü yağışlar nəticəsində Natunanın Serasan kəndində yağan aramsız yağışların torpaq sürüşməsinə səbəb olduğunu bildirib.
Səlahiyyətlilər təbii fəlakət zamanı kənddəki evlərin torpaq altında  qaldığını ifadə ediblər.
Axtarış-xilasetmə işləri zamanı 11 nəfərin cəsədinin tapıldığını bildirən səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini istisna etməyiblər.
Səlahiyyətlilər onlarla polis, hərbçi və könüllünün iştirak etdiyi axtarış-xilasetmə işlərinin kommunikasiya xətlərindəki problemlər və əlverişsiz hava şəraitinə baxmayaraq davam etdiyini bildirib.
Milli Fövqəladə Hallar İdarəsinin sözçüsü Abdul Muxari torpaq sürüşməsinin yaşandığı bəzi ərazilərə hələ də gedə bilmədiklərini açıqlayıb.
Muxari təxminən 50 nəfərdən xəbər ala bilmədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr