Yaşları 12-18 arası onlarla uşaq silahlı şəxslər tərəfindən qaçırıldı
Konqo Demokratik Respublikasının (KDC) şimalında yerləşən Bas-Uele əyalətində 7-si qız olmaqla 25 uşaq silahlı şəxslər tərəfindən qaçırılıb.
1953201
TRT-nin yerli mediaya istinad etdiyi xəbərə görə Bas-Uele əyalətinin Namanqu, Zamoi və Banda kəndlərinə şəxsiyyəti hələlik müəyyən edilməyən silahlı şəxslər tərəfindən hücum edilib.
Bölgədə ev və iş yerlərini qarət edən silahlılar 7-si qız olmaqla 12-18 yaş arası 25 uşağı qaçırıblar.
Qeyd edək ki, vətəndaş müharibəsinin yaşandığı Mərkəzi Afrika Respublikasının sərhədində yerləşən KDC kəndləri uzun müddətdir silahlı qrupların hədəfinə çevrilib.