Braziliyada daşqın və torpaq sürüşməsi, ölənlər var

Braziliyada daşqın və torpaq sürüşmələrində onlarla adam həyatını itirib.

1948621
Braziliyada daşqın və torpaq sürüşməsi, ölənlər var

Ölkənin bir çox ştatlarında təbii fəlakət səbəbindən karnaval şənlikləri ləğv edilib.

San-Paulu əyalət hökuməti bildirib ki, fəlakət nəticəsində San Sebastiao şəhərində 35 nəfər, qonşu Ubatubada isə 7 yaşlı qız  uşağı həyatını itirib.

Güclü yağışın səbəb olduğu daşqın və sürüşmələrdən ən çox zərər çəkən və hazırda fəlakət vəziyyətində olan Sao Sebastiao, Ubatuba, İlhabela və Bertioqa şəhərlərində xilasetmə qrupları yaralıları və cəsədləri tapmaq üçün mübarizə apararkən Karnaval şənliklərini ləğv edib.

 



Әlaqәli Xәbәrlәr