Türkiyenin xarici nümayəndəliklərində başsağlığı dəftərləri açılıb

Türkiyenin xaricdəki nümayəndəliklərində açılan matəm dəftərlərinə bəzi Avropa liderləri və hökumət rəsmiləri başsağlığı mesajları və türk xalqı ilə həmrəylik mesajları yazıblar.

1944345
Türkiyenin xarici nümayəndəliklərində başsağlığı dəftərləri açılıb

Fevralın 6-da episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və 10 vilayətdə baş verən zəlzələlərdən sonra Türkiyenin xaricdəki nümayəndəliklərində açılan matəm dəftərlərinə bəzi Avropa liderləri və hökumət rəsmiləri başsağlığı mesajları və türk xalqı ilə həmrəylik mesajları yazıblar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Nyu-Yorkdakı Türkevində açılan matəm dəftərinə “Türkiye və Suriyada baş verən dağıdıcı zəlzələlərdə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm” yazıb.

Türkiye xalqının suriyalı qaçqınlara qarşı böyük səxavətinin şahidi olduğunu bildirən Quterreş “Milyonlarla qaçqın qəbul edildi, qorundu, onlarla hər şey paylaşıldı. Bu səxavətli əhali indi beynəlxalq ictimaiyyət tərəfindən eyni həmrəyliyə və öhdəliyə layiqdir” deyib.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan, Yunanıstanın Vaşinqtondakı səfiri Aleksandra Papadopulou, bəzi konqres üzvləri və iş adamları zəlzələ ilə əlaqədar Türkiyenin Vaşinqtondakı səfirliyini ziyarət edərək, başsağlığı verib və şəfa mesajlarını paylaşıblar, matəm dəftərini imzalayıblar.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell də Türkiyenin Brüsseldəki səfirliyinə gedərək zəlzələ fəlakəti ilə əlaqədar açılan matəm dəftərinə ürək sözlərini yazıb.

Borrell başsağlığı verərək, "Aİ-nin güclü həmrəyliyinə etimad edə bilərsiniz. Bu faciədə Türkiye və Suriya xalqının yanındayıq" deyib.

Rumıniya Prezidenti Klaus İuohannis həyatını itirənlərə başsağlığı vermək üçün Türkiyenin Buxarestdəki səfirliyini ziyarət edib.

Burada açılan matəm dəftərini imzalayan İoahannis deyib:

"Zəlzələdən zərər çəkənlərə yardım kampaniyaları başlasa da, qruplar da işlərə dəstək olmaq üçün zəlzələ bölgəsinə gedir. Türkiyedə baş verən bu zəlzələlərdən zərər çəkən minlərlə zəlzələ qurbanı və onların ailələri ilə birlikdə yaralılara şəfalar arzulayırıq. Rumıniya Türkiye ilə həmrəydir. Komandalarımız və tibb işçilərimiz sağ qalanları və onların ailələrini axtarır. Onlar artıq kömək etmək üçün oradadırlar. Bu dərin kədər anında türk millətinin gücü qalib gələcək”.

İsveçin Bbaş naziri Ulf Kristersson da zəlzələlərdə həyatını itirənlərə başsağlığı vermək üçün Türkiyenin Stokholmdakı səfirliyini ziyarət edib.

Açılan matəm dəftərini imzalayan Kristersson, "Türkiyedə baş verən zəlzələdən sonra həyatını itirənlərin ailələrinə və Türkiye xalqına başsağlığı verirəm. Ürəyim yaralıların ailələri ilədir" deyib.

Türkiyenin Afina səfirliyində açılan matəm kitabını Yunanıstan xarici işlər nazirinin müavini Miltiadis Varvicyotis Yunanıstan hökuməti adından imzalayıb.

Varvicyotis bunları yazıb:

"Yunanıstan xalqı və Yunanıstan hökuməti adından Türkiyedə baş verən iki fəlakətli zəlzələ nəticəsində faciəvi şəkildə həyatını itirən insanlar üçün Yunanıstan xalqı və Yunanıstan hökuməti adından başsağlığı verirəm. Yunanıstan həmrəylik göstərir və insanların həyatını xilas etmək üçün mümkün olan hər şeyi edəcəkdir”.

Varviçyotis başsağlığı kitabında yazdığı mesajda türkcə "Tez sağal Türkiye!" ifadəsinə də yer verib.

Türkiyenin Zaqrebdəki səfirliyində açılan matəm kitabını Xorvatiyanın Baş naziri Andrey Plenkoviç də imzalayıb və türk xalqına başsağlığı verib.

Bosniya və Herseqovinada Sarayevo Kantonu səlahiyyətliləri Türkiyenin Sarayevo səfirliyində açılan matəm kitabını imzalayıblar.

İrlandiya Prezidenti Michael Higgins də Türkiyenin Dublin səfirliyini ziyarət edərək başsağlığı diləklərini çatdırıb, türk xalqı ilə birlik və həmrəylik içində olduqlarını bildirib.

Özbəkistan prezidenti Şövkət Mirziyoyev Türkiyenin Daşkənddəki səfirliyində açılan matəm dəftərini imzalayaraq ölkəsinin zəlzələdən zərər çəkmiş Türkiyeyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Türkiyenin Belqrad səfirliyində açılan matəm dəftərini imzalayan Serbiya prezidenti Aleksandar Vuçiç verdiyi açıqlamada "Sizinləyik və qarşıdan gələn günlərdə daha çox işlər görəcəyik" deyib. 

Kremlin mətbuat katibi Dmitriy Peskov da zəlzələlərdə həyatını itirənlərə başsağlığı vermək üçün Türkiyenin Moskvadakı səfirliyinə gedib. Matəm dəftərini imzalayan Peskov zəlzələlərə görə gələcəkdə də Türkiyeyə kömək etməyə hazır olduqlarını bildirib və "Türk xalqı ilə birlikdə yas saxlayırıq. Türkiye dəyərli və əhəmiyyətli bir qonşumuzdur. Tarix baxımından bir-birimizə bağlıyıq" deyib.



Әlaqәli Xәbәrlәr