Prezident Co Bayden Türkiyedəki zəlzələ qurbanları üçün həmrəylik mesajı verib

Prezident Co Bayden: “6 fevralda Türkiye və Suriyada baş verən təbii fəlakət son 100 ildə regionda baş vermiş ən güclü zəlzələlərdən biridir”.

1944230
Prezident Co Bayden Türkiyedəki zəlzələ qurbanları üçün həmrəylik mesajı verib

ABŞ prezidenti Bayden Viskonsin ştatında keçirilən bir tədbirdə etdiyi  çıxışında episentri  Kahramanmaraş olan və  ətrafındakı  10 vilayətin təsirləndiyi təbii  fəlakətə  toxunub: “Amerika xalqının duaları Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkənlər üçündür. 6 Fevralda baş verən bu fəlakət son 100 ildə regionda qeydə alınan ən güclü zəlzələlərdən biridir. Ölkəm matəmdədir”.

Bayden, zəlzələdən dərhal sonra prezident Rəcəb Tayyib Ərdoğana zəng etdiyini və ABŞ-ın axtarış-xilasetmə dəstələri daxil olmaqla, NATO müttəfiqi Türkiyeyə hər sahədə  dəstəyə  hazır  olduqlarını  bildirdiyini qeyd edib.

ABŞ-ın humanitar təşkilatlar vasitəsilə  Suriyada zəlzələdən zərər çəkənlərə yardım etdiyini  ifadə edən  Bayden, ölkəsinin Türkiye və Suriya xalqına zərurət  olması  halında hər sahədə  dəstək verməkdə  hazır olduğunu   vurğulayıb.  

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrick Ryder isə  fəlakət bölgəsindəki axtarış-xilasetmə və humanitar yardım işlərinə dəstək olmaq üçün “USS George HW Bush” təyyarədaşıyan gəmisinin Türkiyeyə göndərildiyini  bildirib.



Әlaqәli Xәbәrlәr