Roma Papası fəlakət qurbanları ilə həmrəy olmağa çağırıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Türkiye və Suriyadakı fəlakət qurbanları ilə həmrəy olmağa çağırıb.

1943951
Roma Papası fəlakət qurbanları ilə həmrəy olmağa çağırıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk fevralın 6-da Kahramanmaraşda baş verən və 10 vilayətdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələdən sonra Türkiye və Suriyadakı fəlakət qurbanları ilə həmrəy olmağa çağırıb.

Çərşənbə günləri Vatikanda keçirdiyi plenar iclasda Roma Papası Türkiyedə baş verən və Suriya da daxil olmaqla geniş bir ərazidə təsirli olan zəlzələ fəlakətinə toxunub.

Papa Fransisk deyib ki, hazırda ürəyim minlərlə insanın ölümünə və yaralanmasına səbəb olan zəlzələ fəlakətindən ciddi zərər çəkən Türkiye və Suriya xalqları ilədir. Onlar üçün güclü hisslərlə dua edirəm. 

Hər kəsi bu fəlakət qarşısında zəlzələ bölgələri ilə həmrəylik nümayiş etdirməyə dəvət edən Papa bildirib:

"Gəlin birlikdə dua edək ki, bu bacı-qardaşlar bu faciə qarşısında gələcəyə ümidlə baxa bilsinlər".

Roma Papası həmçinin əlverişsiz hava şəraiti, yolların ciddi zədələnməsi kimi çətinliklərlə üzləşən və bu çətin şəraitdə həyatını xilas etməyə çalışan yardım qruplarına təşəkkür edib və onlar üçün dua etməyi istəyib.



Әlaqәli Xәbәrlәr